Ru
22:10 / 31 Avqust 2026

Arvadının xəyanətini robot tozsoranla tutdu

Arvadının xəyanətini robot tozsoranla tutdu
Eye

Tayvanda maraqlı məhkəmə işi gündəmə gəlib.

"Bakupost" xəbər verir ki, arvadının ona xəyanət etdiyindən şübhələnən kişi həqiqəti öyrənmək üçün evdəki robot tozsoranın kamerasından istifadə edib. O, robot tozsoranı uzaqdan işə salaraq evdə arvadının başqa kişi ilə görüntülərini qeydə alıb.

Kişi əldə etdiyi görüntüləri məhkəməyə təqdim edib. Məhkəmə nəticəsində arvadın və onun münasibətdə olduğu şəxsin təzminat ödəməsinə qərar verilib. Hər iki şəxsin 500 min Tayvan dolları məbləğində təzminat ödəməsi barədə qərar çıxarılıb.

Lakin hadisə bununla yekunlaşmayıb. Məhkəmə arvadının görüntülərini gizli şəkildə qeydə alan kişini də qanun pozuntusuna yol verdiyi üçün məsuliyyətə cəlb edib.
Tayvan qanunvericiliyinə əsasən, şəxsin razılığı olmadan onun şəxsi həyatına aid görüntülərin qeydə alınması cərimə ilə nəticələnə bilər. Bu halda kişiyə də 150 min Tayvan dolları məbləğində cərimə tətbiq olunub.

Beləliklə, arvadının xəyanətini sübut etmək istəyən kişi məhkəmədə dəlil əldə etsə də, görüntüləri qanunsuz şəkildə qeydə aldığı üçün özü də cəzalandırılıb.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar