İstanbul sahillərində turistləri gəzdirən gəmilərdən birində qorxulu anlar yaşanıb.
"Bakupost" xəbər verir ki, gəmidə olan şəxslərdən biri naməlum səbəbdən dənizə düşüb.
Hadisədən dərhal sonra əraziyə xilasedicilər cəlb olunub və doğulmaq üzrə olan şəxs xilas edilərək sudan çıxarılıb.
Məlumata görə, gəmidəki turistlərin əksəriyyəti Azərbaycan vətəndaşları olub. Dənizə düşən şəxsin də azərbaycanlı olduğu güman edilir. Lakin onun kimliyi və vətəndaşlığı barədə hələlik dəqiq məlumat yoxdur.
Hadisə zamanı gəmidə təşviş yaranıb.
Hadisənin görüntülərini təqdim edirik:
Bahar Babaşova
Baku Post