Astara rayonunun Miki kəndində 71 yaşlı qadının qətlə yetirildiyi məlum olub.
Bakupost.az xəbər verir ki, sentyabrın 7-də kənd sakini, 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı evdə tapılıb.
Əvvəlcə qadının intihar etdiyi güman olunurdu. O, döşəmədə oturmuş vəziyyətdə, baş örtüyünün ucları çarpayıya bağlanmış halda aşkarlanmışdı.
Meyit müayinə üçün Lənkəran rayonlararası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə göndərilib. Ekspertizanın nəticələri qadının boğularaq öldürüldüyünü təsdiqləyib.
İlkin araşdırmalarda məlum olub ki, mərhuməyə məxsus sandıq evdən götürülüb. Axtarışlardan sonra sandıq meşəlik ərazidə tapılıb.
Qətli törətməkdə şübhəli bilinən kənd sakini – qadının qonşusu saxlanılıb.
Hadisə ilə bağlı prokurorluqda istintaq davam etdirilir.