Ru
18:33 / 18 Sentyabr 2025

Rusiyanın sərhəd gəmisi Bakıya gəlir

Rusiyanın sərhəd gəmisi Bakıya gəlir
Eye

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi sentyabrın 23-də Bakı limanına səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə açıqlayıb.

Bildirilib ki, həmin gəmi sentyabrın 25-nə qədər Bakı limanında olacaq. Onun sözlərinə görə, səfər ikitərəfli əməkdaşlığa dair təsdiqlənmiş planlar çərçivəsində həyata keçiriləcək.

Zaxarova həmçinin qeyd edib ki, bu, Rusiya və Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığa və Xəzər regionunda əlaqələrin möhkəmləndirilməsinə hazır olduğunu göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar