Əməkdar artist Fərqanə Qasımovanın bu gün ad günüdür.
Bakupost.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında yazıb.
Muğam ifaçısı Alim Qasımov ilə şəklini paylaşdığı postunda dəstəyinə görə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya, sənətdə öyrətdiklərinə görə isə atasına təşəkkürünü bildirib:
"20 yaşımı Almaniyada, 30-u Yaponiyada, 40-ı Məkkədə, 46 yaşımı isə bu gün Türkmənistanda qarşılayıram…Bu illər ərzində sənət yolumda bir çox ölkələr gördüm, səhnələr, dillər dəyişdi, amma qəlbimdəki muğam sevgisi heç dəyişmədi. Bu yolda mənə hər zaman dəstək olan, muğam sənətimizin dünya səhnələrində ucalmasına böyük töhfə verən Azərbaycanın Birinci xanımı, dəyərli və humanist insan Mehriban xanım Əliyevaya sonsuz təşəkkürlərimi və dərin hörmətimi bildirirəm. Onun mənə və sənətimizə olan qayğısı, inamı mənim üçün ilham, güc və dayaq olub. Mənə zirvədə durmağı, sənətdə təmiz, vicdanlı və əzmkar olmağı öyrədən isə ustadım - atam oldu. Çünki ustadım atam mənə kölgədə yox, zirvədə dayanmağı öyrətdi. Bu yol asan olmadı... Çiyinlərimdə çox ağırlıqlar gəzdirdim. Amma heç biri məni sənətimdən, yolumdan döndərə bilmədi. Çünki bizim yolumuz - bir ruh oldu, bir nəfəs".
Asena,
BakuPost