Avropanın Azərbaycana ehtiyacı var - Viktor Yuşenko
511
Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində Bizim.Media-ya eksklüziv müsahibə verib.
"Bakupost" xəbər verir ki, 2004-2008-ci illərdə Ukraynaya rəhbərlik etmiş Yuşenko müsahibədə Azərbaycan-Ukrayna münasibətlərinin dünəni, bu günü və gələcəyindən söz açıb, xalqlarımız arasında dostluq münasibətlərini yüksək qiymətləndirib.
Sabiq prezident Azərbaycanın regionun lider ölkəsi olmasını, o cümlədən Ukrayanaya göstərdiyi yardımları xüsusi vurğulayıb.
Ukraynanın sabiq prezidenti Viktor Yuşenko bu məqamlara toxunub:
- Biz tamamilə aydın şəkildə görürük ki, Azərbaycanın siyasəti artıq çoxdan regionun gündəmini aşaraq Avropa və Dünya ilə daha geniş əlaqələr əlaqələr tələb edən səviyyəyə çatıb.
- Mən Avropadan daha çox danışıram. Çünki bu gün Azərbaycan siyasəti və Azərbaycanın maraqları ilə ən böyük kəsişmələrimiz məhz Avropadadır.
- Azərbaycanın bu gün iqtisadi siyasət baxımından ixtisaslaşdığı və sahib olduğu imkanlar özünü dünyanın ən böyük ödəniş bazarlarından biri olan Avropa İttifaqı bazarında daha yaxşı reallaşdırmağa doğru gedir.
- Təbii ki, Azərbaycan bu istiqamətdə sadəcə alqı-satqı münasibətləri deyil, infrastruktur münasibətləri qurmağa çalışır.
- Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var.
Müsahibənin tam versiyasını təqdim edirik:
Şərhlər
Abdal Azaylı
Özümü sabiq, elə bu günkü heç bir liderə, özgə vəzifəliyə, vətəndaşa sorğulama hüquqlu saymıram? Amma, öz məsullarımızdan rica edərdim ki, sıra ilə Avropanın bizdən-Azərbaycandan-nədə, hansı miqdar və ölçülərdə asılılığını qəti rəqəmlərlə yayımlasınlar ki, münasibətlər daha faydalı olsun! Elə olsa idi, tək özü üçün çox ciddi strateji enerji ehtiyatlarını avropaya tədarük edən Azərbaycan (hərbi işğaldan tam azadlığına, hərbi genosid terrorunun hər cinayət hərəkətinin sərt müakiməsinə, bütün canlı, maddi və maliyyə itgilərinin cinayətkar və tərəfdaşları, hüquqlara zidd qərar vermiş məsul şəxlərin, dövlətlərin təzminat kimi məcburi ödəmə kimi də cəza mühakimələri aparardı? Azərbaycan otuz illik anti-terrordan azadlıqdan sonra tam müstəqildir, avropa (dövlətləri) isə ondan asılıdır? Bu süni intellekt hipotezimi, yoxsa ...? Bir daha təxribatçı pərəstişkar meylinə uymayaq?