Ru
16:35 / 18 Sentyabr 2021

Avtomobil 55 yaşlı piyadanı vuraraq öldürdü

1736
Gəncə şəhərində yol qəzası baş verib.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit tibbi ekspertizaya aparılıb. Araşdırma zamanı onun 1966-cı il təvəllüdlü Famil Zahid oğlu Ələkbərov olduğu məlum olub.

Qeyd edək ki, qəza nəticəsində daha bir nəfər də xəsarət alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər