Ru
10:56 / 25 May 2019

Avtomobil sexində qəbul edən ustalar həbs edildi - FOTO HEROİN

2708
İsmayıllı rayonunda avtomobil ustaları emalatxanalarında heroinlə tutulublar.


Bu barədə Bakupost-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.


İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.


Onların hər ikisi - 44 yaşlı Mehman Mehdiyev və 47 yaşlı Xəyyam Əhmədov əvvəllər də məhkum olunublar.


Şəxsi axtarış keçirilən zaman onların üzərindən və usta olaraq işlədikləri avtomobil təmiri emalatxanalarından şprislərə doldurulmuş narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.


Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır. 

Avtomobil sexində  qəbul edən ustalar həbs edildi - FOTO HEROİN
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər