Ru
12:40 / 29 Yanvar 2026

“Avtoşluq” edən sürücülər saxlanıldı - VİDEO

“Avtoşluq” edən sürücülər saxlanıldı - VİDEO
Eye

Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində sürət yarışı təşkil edən sürücülər saxlanılıb.


Bakupost.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal araşdırma başlanılıb.

Müəyyən edilib ki, 23 yanvar 2026-cı il tarixində X. Hümbətovun idarə etdiyi "Chevrolet Cobalt"markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edilib, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılıb.

Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılıb və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar