Ermənistanın keçmiş prezidenti Robert Köçəryan jurnalistlərə açıqlama verərəkən “TRIPP”lə bağlı suala cavabında deyib ki, bu, erməni-amerikan layihəsi olsa da, Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir.
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, Köçəryan sözlərinə görə, layihədə Ermənistanın maraqları nəzərə alınmır və ölkə layihədə tam tərəf kimi iştirak etmir, daha çox “yarı-tərəf” roluna düşüb.
“Transit marşrutların iki əsas faktoru var: birincisi – onları nəzarətdə saxlayan ölkənin əldə etdiyi geosiyasi çəkisi, ikincisi – iqtisadi gəlirlər. Burada isə birinci təsirin ABŞ-a ötürülməsi geosiyasi faktoru sıfırlayır”, – deyə Köçəryan qeyd edib.
Cavid, BakuPost