Ru
14:12 / 29 Yanvar 2026

İmişlidə direktor şagirdi döyüb? - Araşdırmalar başladı - VİDEO

İmişlidə direktor şagirdi döyüb? - Araşdırmalar başladı - VİDEO
Eye

İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbinin şagirdinin fiziki zorakılığa məruz qaldığı iddia olunur.


Bakupost.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilir ki, şagirdi döyən şəxs təhsil müəssisəsinin direktorudur.

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: “Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.

Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar