Ru
14:27 / 29 Yanvar 2026

Bu şəxslər hərbi xidmətdən azad edildi

Bu şəxslər hərbi xidmətdən azad edildi
Eye

Doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət verilir.


Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Qanunun 23.1.1-ci maddəsinə görə isə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan tamamilə azad edilirlər.

Doktoranturada təhsil əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalarda həyata keçirilir.

Mövcud qanunvericiliyə əsasən, yalnız əyani formada təhsil alan çağırışçılara təhsillərini davam etdirmək üçün hərbi xidmətdən möhlət verilir.

Qanuna əsasən isə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azaddırlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar