Ru
10:14 / 21 Sentyabr 2019

Axtarışda olan 24 nəfər saxlanıldı

1127

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.



Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər