Ru
18:14 / 10 Mart 2026

Aygün Kazımovanın çatmaqaşlı yaz obrazı gündəm oldu - FOTOLAR

Aygün Kazımovanın çatmaqaşlı yaz obrazı gündəm oldu  - FOTOLAR
Eye

Xalq artisti Aygün Kazımova “Nargiz magazine” jurnalının mart buraxılışının üz qabığını bəzəyib.

Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, Pop kraliça dərgi üçün olduqca diqqətçəkən və fərqli obrazlar yaradıb. Diva bu dəfə Novruzun rəmzi sayılan Bahar qızı obrazını canlandırmaqla yanaşı, məşhur meksikalı rəssam Frida Kahlonu xatırladan tərzdə də kamera qarşısına keçib.

Dərgidə Aygün Kazımovanın jurnalın baş redaktor Ülviyyə Mahmudova ilə maraqlı müsahibəsi yer alıb.

Fotosessiya zamanı dörd fərqli geyimdən istifadə edən Kazımova həm milli motivləri, həm də sənət üslubunu özündə birləşdirən maraqlı görüntülər təqdim edib. Kazımovanın şəkillərini isə fotoqraf Azər Cəfər lentə alıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar