Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda İranın açıqlamaları və hərbi addımları arasında ziddiyyətli mənzərə yaranıb.
Bakupost.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian qonşu ölkələrə hücumlarla bağlı üzr istəyərək, İrana qarşı hücum olmadığı halda region dövlətlərinə raket atılmayacağını bəyan etmişdi.
Bu açıqlamadan qısa müddət sonra İran ərazisindən Türkiyə istiqamətində daha bir ballistik raketin atıldığı bildirildi. Bu hadisə İranın verdiyi vədlərlə real hərbi addımlarının üst-üstə düşmədiyi ilə bağlı sualları yenidən gündəmə gətirir.