Ru
17:40 / 10 Mart 2026

Tağıyev adına zavodun direktoruna ölkədən çıxış qadağası - SƏBƏB

Tağıyev adına zavodun direktoruna ölkədən çıxış qadağası  - SƏBƏB
Eye

"Hacı Zeynalabdin Tağıyevin Adına Toxucutikişsənaye Kombinatı"nın 82 yaşlı rəhbərinə ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 638.909,01 vergi borcu yaranıb.

İdarə tərəfindən məhkəmədən ASC-nin 1942-ci ildə Ağdam rayonunda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olan baş direktoru Tağıyev Rəfail Cəfərqulu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş olunub.

Məhkəmənin qərarı ilə Rəfail Tağıyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar