Ru
17:22 / 10 Mart 2026

“ABŞ,İsrail-İran müharibəsi neftin qiymətini astronomik həddə qaldırıb”

“ABŞ,İsrail-İran müharibəsi neftin qiymətini astronomik həddə qaldırıb”
Eye

“ABŞ və İsrailin İrana qarşı müharibəni davam etdirməsi neft və qazın qiymətlərini astronomik səviyyəyə çatdırıb və bu hələ başlanğıcdır. Bu vəziyyətdən ən çox əziyyət çəkən ölkələrin başında Çin gəlir. Bu ölkənin iqtisadiyyatı enerji resurslarının davamlı və sabit şəkildə idxalından asılıdır. Çin Venesueladan və İrandan ucuz neft alırdı. İndi bu mümkün deyil. İranın Hörmüz boğazını bağlaması və atət altında saxlaması Çinin ərəb ölkələrindən neft almasını da çətinləşdirib. Çin Hörmüz boğazından keçən bütün neftin 38%-ni alırdı”.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Pekin müharibə başlayandan bu yana tərəflərə bir neçə dəfə mesaj göndərib:

“Birinci dəfə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin açıqlama verərək, Hörmüz boğazı və ona bitişik suların, malların və enerji daşıyıcılarının nəqli üçün mühüm beynəlxalq ticarət yolları olduğunu və bununla əlaqədar Çinin müvafiq tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırdı. Çinli diplomat ölkəsinin Yaxın Şərqdə sülh və sabitliyin təmin olunması üçün sülhün təşviqi və müharibələrin qarşısının alınması, həmçinin problemin dialoq və danışıqlar yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır olduğunu xatırlatdı. Pekinin bu çağırışı cavabsız qaldı.

Pekin ikinci dəfə birbaşa Tehrana müraciət etdi. Çin hakimiyyəti enerjidaşıyıcılarının təhlükəsizliyini təmin etmək məqsədilə İrana müraciət edərək Hörmüz boğazının açıq saxlanılmasını və neft-qaz nəqliyyatına qarşı hücumlardan qaçınılmasını tələb etdi. Pekin körfəzi ölkələrindən, xüsusilə Qətərdən gələn enerji tədarükündən böyük dərəcədə asılı olduğu üçün Tehranı gərginliyi artırmamağa çağırdı. Pekinin çağırışında qlobal və Çin bazarları üçün həyati əhəmiyyət kəsb edən enerji marşrutlarına zərbə vurulmaması qeyd edildi. Ancaq Tehran bu çağırışa da reaksiya vermədi.

Çin İranın strateji tərəfdaşı olmasına baxmayaraq, Hörmüz boğazından keçməyə çalışan tankerləri hədəf almaqdan imtina etmək istəmir. İran hazırda öz neftini sata bilmədiyinə görə Körfəz ölkələrinin də qaz və neft nəqlinə mane olmaq siyasətinə üstünlük verir”.

Yasəmən



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar