Ru
17:04 / 10 Mart 2026

Putinin İranla bağlı müxtəlif təklifləri var

Putinin İranla bağlı müxtəlif təklifləri var
Eye

Rusiya Prezidenti Vladimir Putin İran müharibəsində vasitəçilik etmək üçün müxtəlif variantlar təklif edib.

Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bu vəziyyətin lap əvvəlindən, hərbi mərhələ başlamazdan öncə, Prezident Putin gərginliyin azaldılmasına kömək edə biləcək müxtəlif variantlar təklif edib. Bu təkliflərin çoxu hələ də masadadır.

Rusiya əlindən gələni etməyə hazırdır və bunu etməkdən məmnun olacaq, amma bilirsiniz ki, bu, çoxsaylı anlaşmalar və çoxsaylı razılaşmalar tələb edir, ona görə də bir az səbirli olmalıyıq”, - o bildirib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar