Ru
16:31 / 03 Sentyabr 2025

Aytən Sultanovanın vəziyyəti ilə bağlı AÇIQLAMA

Aytən Sultanovanın vəziyyəti ilə bağlı AÇIQLAMA
Eye

Tanınmış oftalmoloq, “Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanova Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə xəstəxanadan bildirilib.

“A.Sultanovanın hazırda Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün Bakupost.az həkimin səhhətinin kəskin pisləşməsi, rəhbərlik etdiyi tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi və vəziyyətinin ağır olması ilə bağlı məlumat vermişdi. Həkim son vaxtlar kəskin şəkildə çəki atıbmış. Onun 60 kiloqrama yaxın arıqladığı deyilir.

A.Sultanova daha əvvəl “Caspian”, “Badam”, “Məlhəm” klinikalarında da rəhbər vəzifələr tutub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar