Ru
08:52 / 03 Mart 2023

10 il sonra ev işlərini robotlar edəcək - Mütəxəssislər

16013
İngiltərənin "Oxford" və Yaponiyanın "Ochanomizu" universitetlərinin tədqiqatçılarının araşdırmasına görə, 10 ildən sonra ev işlərinin 39 faizini robotlar görəcək.

Bakupost.az xəbər verir ki, iki universitetin apardığı tədqiqatda 65 süni intellekt (AI) mütəxəssisi iştirak edib.

Tədqiqatda Böyük Britaniyadan 29 və Yaponiyadan 36 mütəxəssis yer alıb.

Mütəxəssislər ərzaq alış-verişinin avtomatlaşdırmadan ən çox təsirlənən iş olacağını proqnozlaşdırıb. Alış-verişə sərf olunan vaxtın 60 faiz azalacağı bildirilib. Gənc və yaşlı insanların qayğısına qalmaq isə süni intellekt texnologiyalarından ən az təsirlənəcək işdir.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, britaniyalı kişi mütəxəssislər qadın həmkarlarına nisbətən ev işlərində avtomatlaşdırmaya daha çox meyllidir. İngiltərədə əmək qabiliyyətli kişilərin yarısı əmək qabiliyyətli qadınlar qədər ev işi görür. Yaponiyada isə bunun əksi doğrudur. Burada kişilər ev işlərini qadınlardan 5 dəfə az edir. Ev işlərində qadınların üzərinə düşən qeyri-mütənasib yük onların qazancları, əmanətləri və pensiyalarına mənfi təsir göstərir. Buna görə də tədqiqatçılar deyirlər ki, avtomatlaşdırmanın artırılması gender bərabərliyinə gətirib çıxara bilər.

Mütəxəssislərin avtomatlaşdırmanın edə biləcəyini düşündüyü vəzifələr müxtəlifdir.

1966-cı ildə "Tomorrow's World" televiziya şousu nahar hazırlayan, it gəzdirən, körpəyə baxan, alış-veriş edən, kokteyl hazırlayan və bir çox başqa işləri görə bilən bir ev robotunu təsvir edib. Hesabata görə, bu robotu yaradanlara 1 milyon funt sterlinq ödənilsəydi, bu texnologiya 1976-cı ildə bizimlə ola bilərdi.

Aynur
BakuPost

Şərhlər
  • Semra aydin

    Coox sag ol qardas bu mezeli sohbetine gore emelli guldum???? ele etse denen ki xestelik bas alib gedecek ayaq yolunu yuyub sonra gelib qablari yuyacaq uffff ????????onda baslanacaq iyrenclik

  • t.ədalət

    Vaxtı ilə Amerikada səfərdə olan Xruşov müasir tipli ayaqyolundan istifadə etdikdən sonra,əyilib klozetə baxmaq istəyir.Bu vaxt içəridən bir qurğu çıxıb onun ağız-burnunu da fırçalayır.Bayıra çıxanda ondan soruşurlar : -Necədir,ayaqyolu xoşuna gəldimi? Xuruşov,təmkinini pozmayıb deyir:Yaxşı olmağına -yaxşıdır.Ancaq adamın arxası ilə üzünə fərq qoymur. İndi ev təmizliyi görə bilən robotlar da həmin "ağıllı ayaqyolu" kimi olsalar,vay onlardan istifadə edənlərin halına!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər