Ru
10:45 / 01 Fevral 2024

103 yaşlı kişi 49 yaşlı qadınla evləndi - FOTO

10732
Hindistanda 103 yaşlı qoca 49 yaşlı qadınla evlənib.

Bakupost.az xəbər verir ki, Hindistanda görənləri təəccübləndirən evlilik olub.

Bhopal şəhərinin İtvara bölgəsində keçirilən İslami toy mərasimində 103 yaşlı Həbib Nazar və 49 yaşlı Firoz Cahanla evlənib.

Həbib Nazar və Firoz Cahanın açıqlamaları diqqət çəkib.

İki həyat yoldaşının ölümündən sonra özünü tənha hiss etməyə başladığını deyən Həbib Nazar diqqətçəkən açıqlama verib.

"Mən 103, həyat yoldaşım isə 49 yaşındadır. İlk dəfə Naşikdə ailə qurdum. O, dünyasını dəyişəndən sonra yenidən evlənmək üçün Laknova getdim. İkinci həyat yoldaşım da bu dünyadan köçdü. Özümü tənha hiss edirdim. Ona görə də yenidən evləndim”.

49 yaşlı Cahan isə "Həyat yoldaşımın heç bir tibbi problemi yoxdur. Mən heç nəyi əskik hiss etmirəm", deyib.



Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər