Bakıda sakinlər gecə klubu kimi fəaliyyət göstərən obyektdən həyətlərinə çirkab su axıdıldığını bildiriblər.
“Bakupost” xəbər verir ki, Vunq Tau küçəsi, 16-12 ünvanında yaşayan sakinlər bununla bağlı sosial şəbəkələrdə paylaşım ediblər.
Şikayətçilərin sözlərinə görə, artıq 6 ilə yaxındır "Shakh" adlı klubdan həyətlərinə çirkab su axır. Onlar bunun ərazidə pis qoxu yaratdığını və antisanitariyaya səbəb olduğunu deyirlər.
Məsələ ilə bağlı
“Bakupost”un sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən küçədə kanalizasiya xəttində tutulma baş verib.
Qurumdan qeyd olunub ki, sakinlər tərəfindən sonuncu müraciət sentyabrın 30-da daxil olub və tutulma dərhal aradan qaldırılıb.
Bildirilib ki, hazırda ərazidə kanalizasiya xəttində tutulma və axıntı yoxdur. Qurum ərazidə çəkilmiş yeni görüntüləri də
“Bakupost”a təqdim edib.
Lalə Novruz, BakuPost