Ru
21:18 / 12 İyul 2025

11 yaşlı qrossmeyster ustalığa namizəd oldu

11 yaşlı qrossmeyster ustalığa namizəd oldu
Eye

Naxçıvan Muxtar Respublikasının istedadlı şahmatçısı Yasin Əzimov növbəti uğura imza atıb.

Bakupost.az Report-a istinadla xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən Yasin Əzimova CM – Candidate Master (ustalığa namizəd) dərəcəsi verilib. Bu nailiyyət Naxçıvan şahmat tarixi üçün əlamətdar hadisədir, çünki gənc şahmatçı bu titulu cəmi 11 yaşında qazanıb.

Hazırda FIDE reytinqində 2058-ci olan Yasin Əzimov son illərdə həm yerli, həm də beynəlxalq turnirlərdə qazandığı bir sıra mühüm uğurlarla yadda qalıb. Azərbaycan çempionatının qızıl və gümüş mükafatçısı olan Yasin 2023-cü ildə Albaniyanın Durres şəhərində keçirilən məktəblilərin şahmat üzrə Avropa çempionatında (9 yaşlı oğlanlar arasında) çempionu kimi yüksək nailiyyət əldə edib.

Məlumat üçün bildirək ki, bu zamanadək Naxçıvan Muxtar Respublikasında 1 qrossmeyster, 3 beynəlxalq usta, 1 FIDE ustası, 2 qadın FIDE ustası, 2 ustalığa namizəd, 1 beynəlxalq hakim, 2 FIDE hakim rəsmi dərəcə sahibləri kimi qeydiyyata alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar