Ru
14:50 / 23 Aprel 2024

17 yaşlı gənc 21 gündür komadadır - Prezidentə müraciət - FOTO

2194
“17 yaşlı bacım oğlu Nicat Zamanlının vəziyyəti ağır olaraq qalır. Nicat 2006-cı il təvəllüddü, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin bədən tərbiyə və hərbi ixtisası üzrə 2-ci kurs tələbəsidir. O, aprelin 2-də qəfil kəskin epilepsiya, qıcolma tutmaları ilə təcili yardım maşınıyla Bakı şəhərinə Uşaq Nevroloji Xəstəxanasına yerləşdirilib”.

Bunu Bakupost.az -a Nicat Zamanlının dayısı Murad Hüseynov deyib.

O, bacısı oğlunun təcili olaraq Türkiyəyə müalicəyə aparılmalı olduğunu bildirib:

“6 gündən sonra vəziyyəti ağırlaşdığı üçün Nicat 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) nevroloji reanimasiya şobəsinə yerləşdirilib. Xəstəyə esefalit diaqnozu qoyulub. Hazırda vəziyyəti olduqca ağırdır”.

M.Hüseynovun sözlərinə görə Nicatın babası - şəhid atası Əli Hüseynli nəvəsinin müalicəsi üçün Prezident İlham Əliyev və Mehriban xanım Əliyevadan kömək istəyib:

“Bununla bağlı Prezident İlham Əliyev və Mehriban xanıma rəsmi müraciət edilib. Xəstə təcili olaraq Türkiyəyə müalicəyə aparılmalıdır. Çünki onun səhhətində heç bir irəliləyiş yoxdur”.



1 saylı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd isə Bakupost.az -a bildirib ki, Nicat Zamanlı 9 aprel tarixində ensefalit qıcolma tutmaları diaqnozu ilə Uşaq Nevroloji Xəstəxanasından Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

"Ona paralel olaraq epilepsiya diaqnozu qoyulub. Xəstə qəbul edildikdən sonra dərhal lazımi müayinə və müalicə prosedurları icra olunub, həkim baxışları keçirilib. Hazırda süni nəfəs aparatına qoşuludur, müalicələri davam etdirilir. Vəziyyətində müsbət dinamika müşahidə olunur".




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər