Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:47 / 09 İyul 2024

19 nəfər günvurmadan öldü - Ölkədə anomal istilər

2179
Yaponiyada anomal istilər nəticəsində 19 nəfər ölüb.

Bakupost.az bildirilir ki, bu barədə Daxili İşlər və Rabitə Nazirliyinin Yanğından Mühafizə və Fəlakətlərin İdarə Olunması İdarəsindən açıqlama verilib.

İyulun 1-dən 7-dək ölkənin 14 ştatında yaşayan ən azı 19 nəfər günvurmadan ölüb.

Bildirilib ki, həmin tarixlərdə 9 min 105 nəfər günvurma əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 5 min 378-i 65 və yuxarı yaşda olan insanlardır.

Səlahiyyətlilər zərurət olmadıqca çölə çıxmamaq və evdə kondisionerdən istifadə etmək barədə xəbərdarlıq edib, həmçinin bol su içməyə çağırıblar.

Yaponiyanın müxtəlif bölgələri bu ayın əvvəlindən həddindən artıq istilərə məruz qalıb, ölkənin bir çox əyalətlərində havanın temperaturu 35 dərəcəni keçib.

Bu yay temperatur rekordu ötən bazar ölkənin Şizuoka şəhərində qeydə alınıb və termometrlər 40 dərəcəni göstərib. Bunun 1940-cı ildən bəri şəhərdə qeydə alınan ən yüksək temperatur olduğu açıqlanıb.



Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar