Ru
12:30 / 16 İyun 2025

20 qat dünya çempionu qəzada can verdi

20 qat dünya çempionu qəzada can verdi
Eye

Buz üzərində motoyarışlar üzrə 20 qat dünya çempionu, rusiyalı Nikolay Krasnikov Başqırdıstanın Kuşnarenkovo rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, məlumatı onun rəhbərlik etdiyi Qabdraxman Kadirov adına Texniki İdman Növləri Mərkəzi yayıb.

Bildirilir ki, qəza zamanı "Lada Granta" minik avtomobili qarşı yoldan gələn iki yük maşını - "Qazel" və SITRAK-la toqquşub. 40 yaşlı sürücü Krasnikov hadisə yerində ölüb.

Faciənin baş vermə səbəbləri araşdırılır.

Nikolay Krasnikov şəxsi hesabda 8, komanda yarışlarında 12 dəfə dünya çempionu olub, dəfələrlə Rusiya çempionu və digər yarışların qalibi olmağı bacarıb. O, 2023-cü ildə idman karyerasını başa vurmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar