Ru
05:21 / 16 Mart 2026

Bakı səmasında dron səsləri: nə baş verir?

Bakı səmasında dron səsləri: nə baş verir?
Eye

“Bakı səmasında dronlar müşahidə edilir. Bu dronlar Müdafiə Nazirliyinə məxsusdur və nəzarət məqsədilə istifadə edilir”.

Bakupost.az xəbər verir ki, bu barədə Operativ Media Teleqram kanalı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.


Nazirlik bildirib ki, narahatlığa heç bir əsas yoxdur.

GSSR44 Teleqram kanalı da qeyd edib ki, Bakıda eşidilən dron səsi Azərbaycan Silahlı Qüvvələrinin PUA-larına məxsusdur.

“Təhlükəsizliyin təmin olunması üçün mütəmadi (təlim) uçuşlar həyata keçirilir. Təşviş yaradan yazılara isə aldanmayın. Qohuma-qonşuya zəng eləməyə ehtiyac yoxdur” – məlumatda vurğulanıb.

Qeyd edək ki, martın 15-dən 16-na keçən gecə Bakı və Abşeronda dron səsləri müşahidə edilib. Bu haqda sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşımlar edilib. Bildirilib ki, Əhmədli, Buzovna, Balaxanı və bir neçə kənd, eləcə də qəsəbələrin sakinləri dron səslərini aydın eşidib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar