2027-ci il üçün Azərbaycanda yaşayış minimumunun 314 manat olması təklif edilir. Təklifə əsasən, əmək qabiliyyətli əhali üçün bu göstərici 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, 2026-cı ildə ölkə üzrə yaşayış minimumu 300 manat müəyyən edilib. Beləliklə, gələn il üçün ümumi göstəricinin 14 manat artırılması nəzərdə tutulur.
Bu məbləğ insanların əsas ehtiyaclarını qarşılamaq üçün kifayət edəcəkmi? 2026-cı illə müqayisədə 14 manatlıq artım vətəndaşların gündəlik həyatında real dəyişiklik yarada bilərmi? Hazırkı ərzaq, kommunal xidmət və digər zəruri xərcləri nəzərə alsaq, yaşayış minimumu hansı məbləğdə olmalıdır?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu məbləğ insanların əsas ehtiyaclarını qarşılamaq baxımından kifayət deyil deyib
“Çünki son illərdə ərzaq məhsullarının, kommunal xidmətlərin, dərmanların və digər gündəlik tələbat mallarının qiymətləri artıb. Belə şəraitdə yaşayış minimumunun cəmi 14 manat artırılması vətəndaşların büdcəsində ciddi dəyişiklik yaratmayacaq. Bu məbləğlə bir nəfərin bütün zəruri ehtiyaclarını normal şəkildə qarşılaması çətindir. Yaşayış minimumu hesablanarkən insanın minimum qida tələbatından əlavə, geyim, nəqliyyat, dərman, mənzil və digər zəruri xərcləri də nəzərə alınmalıdır. Xüsusilə aztəminatlı ailələr, pensiyaçılar və uşaqlı ailələr qiymət artımlarını daha çox hiss edirlər”.
İqtisadçı bildirib ki, yaşayış minimumunun artırılması real inflyasiya və əhalinin faktiki xərcləri ilə uzlaşdırılmalıdır:
“Yaşayış minimumu elə müəyyənləşdirilməlidir ki, insan yalnız fiziki mövcudluğunu təmin etməsin, həm də normal həyat sürmək imkanı əldə etsin. Bunun üçün minimum istehlak səbətinin tərkibi və dəyəri mütəmadi yenilənməli, qiymət dəyişiklikləri obyektiv şəkildə hesablanmalıdır. Əks halda, yaşayış minimumun nominal artırılması insanların real alıcılıq qabiliyyətinin qorunmasına kifayət etməyəcək”.
Qeyd edək ki, yaşayış minimumu insanların əsas ehtiyaclarını qarşılamaq üçün zəruri hesab edilən minimum pul məbləğidir. Bu göstərici müəyyən edilərkən ərzaq, geyim, kommunal xidmətlər və digər gündəlik tələbatlar nəzərə alınır. Yaşayış minimumu əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün ayrıca müəyyən edilir.
Bildirək ki, yaşayış minimumu minimum əməkhaqqı deyil və dövlətin hər kəsə ödədiyi pul məbləği hesab olunmur. Bu göstərici sosial siyasətin müəyyənləşdirilməsində, o cümlədən bəzi sosial ödənişlərin hesablanmasında əsas götürülür.
Vallah Biyabirçiliğdi Bu dovletin her cur serveti var amma millet iş tapa bilmir acindan olur Her şey bahalidi kasiblari işi olmayanlari geleceyimiz olan uşaqlari nezere almağ lazimdi 5 ildün sora esgerliye getmeye genc tapilmayacag mektebe oxutmaga usaq olmayacag vezzyet çox,psliye gedir Allah bu milletin axrın xeyirli etsin
Usaq pulu niyə verilmir
14 manatdan ötrü eziyyet cekmeyin biz öyreşhmişik
Bunlar milləti doluyurlar millətdən məzələnirlər
Məncə,savadlı- bacarıqlı iqrisadçılarımız,əhalinin sosial sahələrdə vacib olan əsasən yaşayış tərzlərini nəzərə alıb, daha real nəticələrə əsaslanıb, sosial xidmətlərin artım nisbətini keçmişlə yox, hazırki dövr üçün nəzərə alsınlar! Parlament üzvüləri üçün aldıqları məvaciblər, onlara ölənə qədər bəs edir! Belə çıxır ki, deputatlar, onların seçicilərinin mənafeyini deyil, öz mənafelərini üstün tuturlar ??!!!Budur,zəhmətkeş insanlara diqqət??!!
Bu qədər pul artirarlar camahati bu pulu xeslese bitməz (boyunuzu yere soxum 14manat heç bir yağ almaq olmur
Gəncmalıyeva
Aliyeva
Harinlamiṣ hakimiyyətin ac xalqdan xəbəri yoxdur.Ayib olsun 14 m. Artima gorə
Usaq pulun verınnda her usaqa dusennpulu verın yeyıb yatırlar
Qiymətlərin hər gün qalxdığı vaxtda yaşlı adamın pensiyası (pensiyaçılar üçün 258 manat) heç dərman puluna belə çatmaz.
Sahibsiz, yiyəsiz ölkə! Sanki bunların bu əhalidən, onların güzəranından bixəbərdirlər.