Ru
17:27 / 09 Sentyabr 2022

Kitabsevərlərə şad xəbər! - Yenə sərgi olacaq

Kitabsevərlərə şad xəbər! - Yenə sərgi olacaq
Eye

24 sentyabr - 1 oktyabr tarixlərində Bakı İdman Sarayında 4-cü Milli Kitab Sərgisi keçiriləcək.


Tədbirin təşkilatçısı “Qanun” Nəşrlər Evindən Bakupost.az -a verilən məlumata görə, sərgidə nəşriyyat və poliqrafiya müəssisləri ilə yanaşı satış və yayım müəssisələri, yaradıcı təşkilatlar, müstəqil yazarlar, eyni zamanda əl işləri ilə məşğul olan sənətkarlar və əlilliyi olan şəxslər iştirak edə biləcəklər.


Sərgi üçün zəngin tədbirlər planı nəzərdə tutulub. Bir həftə ərzində oxucu və tamaşaçılar sənət adamları ilə müxtəlif görüşlərin, oxu saatlarının, imza günlərinin, şeir gecələrinin, musiqili proqramların iştirakçısı ola biləcəklər. Eyni zamanda, yazıçılıq, kitab nəşri, kitab tərtibatı, tərcümə və redaktə işi ilə bağlı qızğın müzakirə panelləri təşkil olunacaq.


Burada dərc olunma tarixindən, janrından və ünvanlandığı oxucu kateqoriyasından asılı olmayaraq istənilən kitabı tapıb əldə etmək mümkün olacaq.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar