Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bakupost.az xəbər verir ki,
Prezident Ərdoğan danışıq zamanı Rusiya və Ukraynanın birbaşa danışıqları bərpa etmək iradəsini son dərəcə əhəmiyyətli gördüyünü və Türkiyənin prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.
Söhbət zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların yenidən başlaması iradəsini son dərəcə vacib hesab etdiyini və Türkiyənin bu prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib. Türkiyə prezidenti Ərdoğan sülh danışıqları münasibətilə hərtərəfli atəşkəsin sülh danışıqlarının başlaması üçün lazımi mühiti təmin edəcəyini və açılan fürsət pəncərəsinin qaçırılmaması lazım olduğunu bildirib.
Qeyd edək ki, mayın 15-də İstanbulda Ukrayna və Rusiya prezidentlərinin rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətinin görüşünün keçiriləcəyi gözlənilir.
Aygün, Bakupost.az