Ru
18:19 / 12 May 2025

Prezidentdən PKK-nın ləğvi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentdən PKK-nın ləğvi ilə bağlı PAYLAŞIM - FOTO
Eye

Prezident İlham Əliyev PKK qruplaşmasının özünü ləğv etməsi ilə bağlı Türkiyə prezidenti və xalqını təbrik edib.

Bakupost.az xəbər verir ki, dövlət başçısı bu barədə X hesabında paylaşım edib.

"Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.

Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir.

Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram," - deyə dövlət başçısı paylaşımda qeyd edib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar