Ru
18:03 / 12 May 2025

Məmur yalın əllə sürücünü yanan maşından çıxardı - FOTO

Məmur yalın əllə sürücünü yanan maşından çıxardı - FOTO
Eye

Çində məmur sürücünü yanan avtomobilin işindən yalın əllə xilas edib.

Bakupost.az xəbər verir ki, bu barədə South China Morning Post yazır.

Qeyd olunur ki, Çinin Şaoquan şəhərində 35 yaşlı dövlət qulluqçusu Çjun Vey alova bürünmüş avtomobildən sürücünü xilas edib. Hadisə avtomobilin benzinlə işləyən üç təkərli velosipedlə toqquşmasından sonra baş verib. Alovu görən şəhər administrasiyasının kənd təsərrüfatı idarəsinin qrup rəhbəri köməyə qaçıb.

Sürücü zədələnmiş qapının altında sıxılmış vəziyyətdə qalıb. Onu açmaq üçün ilk cəhd uğursuz olub. Gücünü toplayan Vey ikinci cəhddə qapını açıb və sürücünü oradan çıxara bilib. Onun ağıllı saatının hesablamasına görə, xilasetmə əməliyyatı zamanı çinlinin nəbzi dəqiqədə 151 dəfə döyünüb. Vey özü fiziki hazırlığını işi ilə əlaqələndirir - müntəzəm olaraq ağır gübrə kisələri daşıyır.

Xilas edilən sürücü xəstəxanaya yerləşdirilib, reabilitasiya aparılır. Yerli hakimiyyət məmurun cəsarətini yüksək qiymətləndirib, sosial şəbəkə istifadəçiləri isə onu “əsl xalq qəhrəmanı” adlandırıblar.


Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar