Ru
11:44 / 08 Aprel 2022

44 - Tariximizin, taleyimizin, milli qürurumuzun rəqəmi

30848
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlayıb. 44 gün ərzində qəhrəman əsgərlərimiz Vətən torpağını kəndbəkənd düşməndən təmzləyib, canı, qanı hesabına Qarabağı 30 illik işğaldan azad edərək adlarını tarixə yazdılar.




“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi bu sözlər Azərbaycan əsgərini Şanlı Zəfərə kökləyən əsas şüar oldu.



Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı düşməndən azad etmək üçün Qarabağda sentyabrın 27-də başladığı uğurlu hərbi əməliyyatlar nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Füzuli şəhəri və rayonun 53 kəndi, Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı və Ağaşı Əbdürrəhmanlı kəndləri, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli , Qaradağlı, Xatunbulaq, Qarakollu, Aşır, Yuxarı Güzlək, Görəzilli, Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Mandılı, Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq və.s kəndləri düşməndən azad olunub.

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Böyük Mərcanlı, Nüzgar, Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad, Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Şıxəli Ağalı, Sarıcalı, Məzrə, Doşulu, Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı, Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Balyand, Papı, Tulus, Hacılı, Tinli, Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili, Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli, Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Mirək, Kavdar, Yuxarı Məzrə, Yanarhac, Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər azad edilib.

Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri , Bartaz, Sığırt, Şükürataz yüksəkləri və 52 kəndi, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı, Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd, Vənədli və Mirzəhəsənli, Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Aladin, Vejnəli, Dərə Gilətağ, Böyük Gilətağ, Məşədiismayıllı, Şəfibəyli, Beşdəli, Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi düşməndən təmizlənib.

Qubadlı şəhəri və rayonun 41 kəndi, Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Qiyaslı, Əbilcə, Qılıcan, Kavdadıq, Məmər, Mollalı, İşıqlı, Muradxanlı, Milanlı, Başarat, Qarakişilər, Qaracallı, Qəzyan, Balasoltanlı, Mərdanlı, Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri azad edilib.

Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Sur, Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser, Edişə, Düdükçü, Edilli, Çiraquz, Xırmancıq, Ağbulaq, Axullu, Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Dolanlar və Bünyadlı, Ataqut, Tsakuri, Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri azad edilib.

Tərtər rayonunun 3 kəndi, Suqovuşan, Talış, Çaylı kəndləri və Qubadlı şəhəri və rayonun 41 kəndi düşməndən azad olunub.

Xocalı rayonunun 9 kəndi, Qarabulaq, Moşxmaat, Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri azad edilib. Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər azad olunub.




Noyabrın 8-i Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.


Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir.





Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub. Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.


Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər ərazi baxımından ölkənin ən böyük rayonlarından biridir. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.


Üçtərəfli bəyanata uyğun olaraq dekabrın 1-də Ermənistan silahlı birləşmələri Laçın rayonundan çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumilikdə 127 yaşayış məntəqəsi var.






Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Bizim şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Ancaq heç nə bizi dayandıra bilməzdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən, - baxmayaraq ki, onların əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, - geri getməyə məcbur olmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz şəhidlə­rimizlə, qazilərimiz­lə fəxr edirik, eyni zamanda, Vətən müha­ribəsində qəhrəmanlıq göstərmiş hərbçilə­rimizlə, əsgər-zabit­lərimizlə fəxr ediri­k. Onların qəhrəmanl­ığı, onların fədakar­lığı heç vaxt unudul­mayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı bö­yük xalqdır, Azərbay­can xalqı bu ədaləts­izliklə heç vaxt bar­ışmaq fikrində deyil­di. Biz Qələbəni döy­üş meydanında qazand­ıq. 300-dən çox şəhər və kənd döyüş meyd­anında işğaldan azad edildi. Biz qan tök­ərək, şəhidlər verər­ək bu Qələbəni əldə etdik və düşməni məc­bur etdik ki, bizim qabağımızda diz çöks­ün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ər­zində Azərbaycan xal­qının şərəf və ləyaq­ətini tapdalamağa ça­lışırdı. Azğınlaşmış, harınlamış, quduzl­aşmış, qudurmuş düşm­ən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10­-na keçən gecə kapit­ulyasiya aktına imza atsın. Bunun nəticə­sində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid ve­rmədən geri qaytarıl­dı. Beləliklə, Azərb­aycan öz ərazi bütöv­lüyünü bərpa etdi. Biz müharibəni hərbi-­siyasi yollarla həll etdik, müharibə arx­ada qaldı, Dağlıq Qa­rabağ münaqişəsi də tarixdə qaldı”.





Vətən müharibəsində 3 minə yaxın hərbiçimiz torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edib şəhidlik zirvəsinə yüksəliblər.


Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncama əsasən, 33 nəfər "Zəfər” ordeninə (3 nəfər ölümündən sonra), 204 nəfər (48 nəfər ölümündən sonra) "Qarabağ” ordeninə layiq görülüb. 3 hərbçiyə "Azərbaycanın Milli Qəhrəmanı”, 83 hərbçiyə "Vətən Müh­aribəsi Qəhrəmanı” fəxri adı verilib.


Prezidentin 2020-ci il 15 dekabrda imzal­adığı sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçular "Azərbaycan Bayrağı”, "Rəşadət” və "Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.




Silahlı Qüvvələrimizin 288 hərbi qulluqçusu "Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Onlardan 56­sı ölümündən sonra bu ordenlə təltif olunub. "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanların 2-si general-leytenant, 2-si general-mayor, 12-si isə polkovnikdir.




105 hərbçi 3-cü dərəcəli "Rəşadət” ordeni ilə təltif edilib. Onlardan 15-i ölümündən sonra bu ordenlə təltif olunub. Bu ordenə layiq görülənlərin 6-sı polkovnikdir.


Həmçinin 3 general-l­eytenant 1-ci dərəcəli, 9 hərbçi 2-ci dərəcəli, 331 hərbi qulluqçu isə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenlərlə təltif olunub. 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunan hərbi qulluqçuların 44-ü ölümündən sonra bu mükafata layiq görülüb.


Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrimizin 3601 hərbi qulluqçusu "Vətən uğrunda” medalı ilə təltif olunub. Onlardan 2756-sı ölümündən sonra bu medala layiq görülüb.


Millət vəkili Kamilə Əliyeva deyir ki, Ali Baş Komandan, xalq və ordu möhtəşəm Zəfər tarixini birgə yazdı:




“44 günlük Vətən müharibəsində dövlətin və rəşadətli Azərbaycan ordusunun qazandığı qələbə öz unikallığı ilə tarixə yazıldı. Azərbaycan Ordusu mənfur düşmənə öz gücünü göstərdi və 30 il düşmən işğalında olan torpaqlarımız 44 günə düşməndən azad etdi. Bu müddət ərzində Azərbaycan Ordusu böyük şücaət və qəhrəmanlıq göstərdi. Ən ağır döyüşlər zamanı bir addım belə geri çəkilmədi, düşmənə Azərbaycan əsgərinin gücünü, hünərini göstərdi. Generallarımız, gizirlərimiz, zabitlərimiz, əsgərlərimiz dövlətimiz, torpağımız, xalqımız naminə, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan canlarından keçdilər. Ali Baş Komandan İlham Əliyevin hərb meydanında müzəffər sərkərdə olması ilə yanaşı, siyasi cəbhədə də böyük diplomat, güclü siyasətçi olması bir daha öz təsdiqini tapdı. Xalqımız da öz liderinə, müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi”.


Millət vəkili bildirib ki, 30 illik həsrətdən sonra biz Qarabağa, Şərqi Zəngəzura qovuşduq. Azərbaycan Ordusu Xocalı soyqırımı qurbanlarının, günahsız qətlə yetirilən uşaqların, qocaların, şəhidlərimizin qisasını döyüş meydanında aldı. 44 gün davam edən Vətən Müharibəsi və bu müharibə zamanı ordumuzun sərgilədiyi yüksək döyüş hazırlığı beynəlxalq aləmdə böyük əks-səda doğurdu: “Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu. 44 gün ərzində biz düşməni torpağımızdan qovduq və ərazi bütövlüyümüzü, milli ləyaqətimizi bərpa etdik”.


Millət vəkili Anar Məmmədovun sözlərinə əsasən, 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsidir. Azərbaycan Ordusu 44 günə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü:





“Bu savaşın nəticəsində dünya bizi həm də qalib dövlət, məğrur, cəsarətli və qorxmaz xalq kimi tanıdı. Azərbaycan ordusunun qazandığı şanlı qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi: “Müzəffər Ordumuz 44 günə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Döyüş meydanında Qarabağda, Ermənistan ordusu tərəfindən qətlə yetirilən günahsız mülki vətəndaşlarımızın, şəhidlərimizin qisasını aldı. Düşməndən intiqamımızı həm torpaqlarımızı geri almaqla, həm də düşməni məhv etməklə aldıq”.


Millət vəkili Tamam Cəfərova bildirib ki, şanlı Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qazandığı 44 günlük qələbə milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir:





“Qazanılan şanlı qələbə xalqımızın qürur mənbəyinə çevrildi. Vətən Müharibəsində əldə olunan möhtəşəm qələbə, Ali Baş Komandan, Prezident İlham Əli­yevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin qanı hesabına qazanıldı və şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri Ermənistanın silahlı qüvvələrini darmadağın etdi. 44 gün ərzində Ordumuz öz gücünü, qüdrətini, peşəkarlığını, cəsarətini, qəhrəmanlığını göstərdi. Şəhidlərimizlə, qazilərimizlə, Vətən Müharibəsində şücaət göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik və onların qəhrəmanlığını heç vaxt unutmayacağıq”.



Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, 44 günlük müharibə milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun, birliyinin və həmrəyliyinin təntənəsi idi:




“İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı düşmən üzərində qələbəsini təmin etdi. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşib öz haqq savaşını ləyaqətlə, cəsarətlə və böyük inamla aparmağı bacardı. Vətən müharibəsində Azərbaycan xalqı ona aid olanı özünə qaytardı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək bütün dünyaya ermə­ni vandallığının sərhəd tanımadığını sübut etdi. Dağıdılan məktəblər, qəbiristanlıq və xəstəxanalar bunun əyani sübutudur”.


Millət vəkili Cavid Osmanov vurğulayıb ki, işğalçı Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı ərazilərdə çox ciddi istehkamlar qurmuşdu. Azərbaycan Silahlı Qüvvələri qısa zamanda bu istehkamları darmadağın etdi:




“Ermənistan danışıqlar prosesinin illərlə davam etməsində maraqlı idi. Çünki proses nə qədər uzanarsa, bu, onların xeyrinə idi. Düşmən danışıqları uzatmaqla daha çox vaxt qazanmağa və torpaqlarımızı işğal altında saxlamağa çalışırdı. Amma Prezident dəfələrlə bildirmişdi ki, Azərbaycanın səbri sonsuz deyil. Xalqımız istənilən yolla öz ərazi bütövlüyünü təmin edəcək. O gün gəldi. 30 ilə yaxındır danışıqlarda imitasiya ilə məşğul olan düşmənə 44 gündə sarsıdıcı zərbə vuruldu. Düşmən ağır məğlubiyyətə uğradıldı, işğalçı ordusu məhv edildi. Ermənistanın kaputilyasiya imzalamaqdan başqa çıxış yolu qalmadı. Ermənistan cəbhədə ağır məğlubiyyətini dərk edərək ağ bayraq qaldırıb Azərbaycan dövləti, ordusu qarşısında diz çökdü. Üç dövlət arasında imzalanan bəyanatda da düşmən Ermənistanın nə qədər çıxılmaz bir durumda olduğunu nümayiş etdirdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa edildi”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə qeyd edib ki, Ermənistan qüdrətli Azərbaycan Ordusunun qarşısında 44 gün davam gətirə bildi. Sonda diz çökdü, ağ bayraq qaldırıb təslim oldu. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bununla da Azərbaycan Ordusu bir daha dünyanın 50 ən güclülərindən biri olduğunu təsdiqlədi:





“Düşünülmüş hərbi əməliyyatlar, ordumuzun peşəkarlığı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əzmi, qətiyyətli siyasətçi və dövlət başçısı olması bir daha özünü büruzə verdi. Prezidentimiz öz prinsipiallığını və qəti əzmini bir da­ha nümayiş etdirdi. İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün ən ali dəyərdir. Noyabrın 10-da Ermənistanın rəsmən təslim olması da bunu təsdiqlədi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistan­ın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Ali Baş Komandanımız yenilməz ordumuzun gücü ilə 30 illik yurd həsrət­inə son qoydu”.



Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər