Ru
10:22 / 13 Sentyabr 2022

45-dən artıq yaşı olan müəllimlərə güzəşt edilməlidir - Millət vəkili

45-dən artıq yaşı olan müəllimlərə güzəşt edilməlidir - Millət vəkili
Eye

Məlum olduğu kimi, Azərbaycanda müəllimlərin sertifikasiyası başa çatıb və artıq nəticələr bəllidir. Sertifikasiyadan uğurla keçən müəllimlərlə yanaşı, uğursuzluğa düçar olanlar da var. Onlar öz iş yerləri ilə vidalaşacaqlar.

Elm və Təhsil naziri Emin Əmrullayev bu barədə açıqlamasında bildirib ki, sertifikasiya imtahanının ikinci mərhələsindən keçə bilməyən müəllimlər işdən çıxarılacaq.


Nazir qeyd edib ki, 2300-dən çox müəllim sertifikasiyadan keçməyib. Bu da o deməkdir ki, böyük bir müəllim qrupu işini itirir.


Bu müəllimlərin gələcək taleyi necə olacaq? Onlara nə vaxtsa növbəti şans veriləcəkmi?


Məsələ ilə bağlı Bakupost.az -a danışan millət vəkili Fazil Mustafa bildirib ki, müəllimlərə bu qədər sərt yanaşılması narahatlıq doğurur.


Millət vəkili qeyd edib ki, bu, gələcəkdə sosial problemlər yarada bilər:



“Sertifikasiya məsələsi uzun müddətdir cəmiyyətdə müzakirə olunur. Bunun müsbət tərəfləri olmaqla yanaşı, narahatedici tərəfləri də var. Bu, müəyyən yaş kateqoriyası və sosial məsələ ilə bağlıdır. Elə müəllimlər var ki, onların təcrübəsi, dərs demə metodu tamam fərqlidir, təcrübəyə dayanaraq çox uğurlu nəticələr əldə ediblər. Hazırda sertifikasiyadan keçməyən müəllimlər var və onların işsiz qalması sosial problemlər yarada bilər. Bu məsələdə müəyyən güzəşt variantları düşünülməlidir. Sertifikasiyadan keçməyən müəllimlərə 6 ay vaxt tanımaq olar ki, daha ciddi hazırlaşıb, prosesə qoşulsunlar”.


F. Mustafa məktəblərin savadlı müəllimlərə ehtiyacı olduğunu diqqətə çatdırıb:


“Məktəblərin savadlı müəllimlərlə təmin olunması zəruridir. Hazırlıqsız müəllimin bu peşədə yalnız ziyan vuracağı bəllidir. Bu istiqamətdə hərtərəfli addımlar atılmalıdr. Həm savadlı müəllimlərin stimullaşdırılması, həm də addım-adım məktəblərin hazırlıqsız, savadsız müəllimlərdən xilas olması məqdsədəuyğundur. Elə edilməlidir ki, gərgin sosial problem yaranmasın. Burada yaşın nəzərə alınması da vacibdir. Fikrimcə, 45-dən artıq yaşı olan müəllimlərə daha yumşaq yanaşılması doğru olardı. Çünki uzun illər dərs deyən bu müəllimlərin sosial, psixoloji problemlər yaşayacağı unudulmamalıdır”.


Fəridə
Baku Post

Şərhlər
  • t.ədalət

    Sertifikasiya heç də müəllimlərin savadının müəyyənləşdirilməsi deyil.Bu yolla işdən azad olunan müəllimlərin yeri təhsil nazirliyi tərəfindən çox baha qiymətə satılır.Müəllimlərin savadının artırılmasına gəlincə,demək lazımdır ki,indiki kimi tapmaca suallar verib müəllimləri çaşdırmaq yox,onların bilik səviyyəsini artırmaq üçün kurslar öyrədici kurslar açılmalıdır.Azərbaycandakı hazırkı təhsil səviyyəsi çox aşağıdır və gənc kadrların təcrübəli müəllimlərdən savadlı olacağını təsəvvürə gətirmək belə yanlışdır.Hər yerdə olduğu kimi vəzifələri pulla satın alan nazirlər,vəzifələrinin icrasından çox pul toplamaq haqqında düşünür.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar