Sudanda vəbaya yoluxanların sayı yenə artıb.
Bakupost.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəbaya yoluxanların sayının 15 min 577-yə yüksəldiyi bildirilib.
Açıqlamada vəba xəstəliyindən həyatını itirənlərin sayının 506-ya çatdığı qeyd edilib.
Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması həyatı daha da çətinləşdirir.
Elnur
BakuPost