Ru
12:27 / 24 Sentyabr 2026

AYNA Bakının yollarını “eşşək quyruğu” ilə xətləyib, sürücülərlə tapmaca oynayırdı - Şahin Nəcəfov

AYNA Bakının yollarını “eşşək quyruğu” ilə xətləyib, sürücülərlə tapmaca oynayırdı - Şahin Nəcəfov
Eye

Siyasi şərhçi Şahin Nəcəfov son günlər paytaxt yollarında yaranmış vəziyyət və AYNA-nın fəaliyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

"Bakupost" xəbər verir ki, Ş.Nəcəfov bu barədə sosial media hesabında yazıb.

O bildirib ki, paytaxtın nəqliyyat sistemi iflic vəziyyətindədir:

"Bəlkə də "nəzarətdən çıxıb" desək, daha doğru olar. Bu gün hamı qəzəblə günahkar axtarışındadır.

"​Nikita Xruşşovun Rəssamlar İttifaqının 30 illiyinə həsr olunmuş sərgidə modernist və abstrakt əsərləri görəndə bərk qəzəblənərək işlətdiyi məşhur bir ifadə var: "Bunun insan əli ilə çəkildiyi, yoxsa eşşəyin quyruğu ilə yaxıldığı bəlli deyil".
​AYNA Bakının yollarını "eşşək quyruğu" ilə əndərəbadi xətləyib sürücülərlə tapmaca oynayanda elə həmin yollar fəryad edirdi ki, bu qurum şəhəri xaosa doğru aparır.

Yol hərəkəti işarələri hər bir sürücü üçün aydın və anlaşılan olmalıdır. Çünki aydınlıq həm də hərəkətin rahatlığı və sürəti deməkdir. Şəhərdaxili yollar avtoban deyil; onlar sərbəst, təhlükəsiz və daha rahat paylaşılan məkan olmalıdır.
​Yol hərəkəti nişanlarının və xətlərin dəyişdirilməsi AYNA-nın keyfinə və ya ağlının ölçüsünə görə yox, mütəxəssislərin əsaslandırılmış rəyi ilə həyata keçirilməlidir.

​Yol həm də iqtisadiyyat deməkdir. AYNA atdığı addımlarda Bakının iqtisadi strukturunu və yolkənarı ticarət obyektlərinin mövcudluğunu görməzlikdən gəlməməli idi. Hamının başı tıxaca qarışıb , AYNA nın Bakının iqtisadi strukturuna və ticarətinə vurduğu zərərin səsi sonra cıxacaq".

Ş.Nəcəfov vurğulayıb ki, Bakının paytaxt və sıx yüklənmiş böyük bir meqapolis olduğunu nəzərə alaraq, mərkəzi idarəçilik sisteminə toxunulmamalı idi:

"Ölkənin sahibi olduğu kimi, şəhərin də vahid bir sahibi olmalıdır. Bu gün Bakı şəhəri ciddi idarəçilik və koordinasiya böhranı yaşayır.

​AYNA-nın Bakıda yaratdığı mövcud problemlər artıq sadəcə iqtisadi itki və ya tıxac məsələsi deyil — proses siyasi müstəviyə doğru sürüşür. Bu günə qədər heç bir müxalifət təşkilatı və ya xarici güc hakimiyyətə karşı bütün sosial təbəqələrin bu qədər kütləvi və təbii narazılığını formalaşdıra bilməmişdi".

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar