Ru
17:01 / 26 Sentyabr 2024

650-dən çox livanlı öldürülüb - 50-si uşaq, 95-i qadındır...

1060
Livanda bu günə qədər 650-dən çox insan ölüb.

Bakupost.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik ölən 650 nəfərdən ən azı 50-nin uşaq, 95-nin qadın olduğunu açıqlayıb.

Ölən övladlarının fotolarını sosial mediada paylaşan livanlılar "övladlarının Qəzzadakı uşaqlar kimi həlak olduqlarına" diqqət çəkib.

İsrailin 20 sentyabr cümə günü paytaxt Beyruta təşkil etdiyi hava hücumunda eyni ailədən ən azı 5 uşaq həyatını itirib.

Livanın Ətraf Mühit Naziri Nasser Yasin dünən İsrailin hücumları səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan insanların sayını 150 min olduğunu deyib.

Livanın daxili işlər naziri Bessam əl-Mövlevi qeyd edib ki, İsrailin hücumları səbəbindən ölkə daxilində didərgin düşənlərin 70 mini sığınacaq mərkəzlərinə yerləşdiriblər.

Evlərini tərk etmək məcburiyyətində qalan minlərlə livanlı onlara ayrılan məktəblərdə uşaqları ilə birlikdə sağ qalmaq üçün mübarizə aparır.

Ölkənin cənub bölgələrindən paytaxt Beyrut və şimal bölgələrinə köç dalğası davam edərkən, Livan səmasında uçan İsrail döyüş təyyarələrinin bombardmanları artmaqdadır.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar