Şahbuz rayonunun Kükü kəndində 66 yaşlı Aftandil Həsənovun arı sancması nəticəsində ölməsinin təfərrüatı məlum olub.
Bakupost.az xəbər verir ki, qohumlarından biri Aftandil Həsənovu əvvəllər də arı sancdığını, halının pisləşdiyini bildirib.
"Bu dəfə isə həyətdə arı pətəyinin yanında dayanmışdı. Bu zaman arı gözündən sancıb. İki-üç addım yeriyəndən sonra yerə yıxıldı. Rəngi qaralmışdı. Xəstəxanaya apardıq, həkimlər nə qədər çalışsalar da, onu həyata qaytara bilmədilər", - qohumlardan biri söyləyib.
"Bir neçə ay öncə ürəyindən əməliyyat olunmuşdu, bu da şok vəziyyətini daha da ağırlaşdırmış ola bilər", - digər bir qohum bildirib.
Qeyd edək ki, Aftandil Həsənov Sədərək döyüşləri şəhidi Müşviq Həsənovun qardaşı idi.
***
12:38
Şahbuz rayon sakini qızının evində vəfat edib.
Bakupost.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində baş verib.
Belə ki, Kükü kənd sakini 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlunu Həsənovu qızının yaşadığı evdə arı sancıb.