Ru
19:12 / 29 Sentyabr 2022

ABŞ-ın Kiprlə bağlı addımına Türkiyədən CAVAB - Hərbi qüvvə və silah göndəriləcək

ABŞ-ın Kiprlə bağlı addımına Türkiyədən CAVAB - Hərbi qüvvə və silah göndəriləcək
Eye

Türkiyə ABŞ-ın Cənubi Kiprrə qarşı silah embarqosunu ləğv etməsinə adekvat cavab verib. Xarici işlər naziri Mövlud Çavuşoğlu Kiprdəki türk xalqını qorumaq üçün adaya daha çox hərbi qüvvə və silah göndəriləcəyini açıqlayıb.



Bakupost.az xəbər verir ki, Türkiyə ABŞ-ın bu addımı ilə adada silahlanma yarışının başlamasından və Şərqi Aralıq dənizində sülh və sabitliyin pozulmasından narahatdır.


Çavuşoğlu məsələ ilə bağlı bildirib ki, Kipr türklərini qorumaq üçün oraya daha çox hərbi qüvvə göndəriləcək, onların silah və digər ehtiyacları da qarşılanacaq. Nazir bütün Dünya qarşılarında olsa belə, Kipr, Egey və Şərqi Aralıq dənizində Türkiyənin öz hüquqlarını və qanunlarını qorumağa davam edəcəyini, bu mövzuda qərarlı olduqlarını vurğulayıb.



Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2023-cü maliyyə ili üçün Kipr Rum rəhbərliyinə qarşı silah embarqosunu ləğv edib. Vaşinqtonun beynəlxalq silah ticarəti qaydaları 2022-ci il oktyabrın 1-dən qüvvəyə minəcək. Bölgədəki silah yarışının qarşısını almaq və adadakı kiprli türklərlə yunanlar arasındakı münaqişənin sülh yolu ilə həll olunmasını təşviq etmək üçün ABŞ 1987-ci ildən bəri Cənubi Kiprə silah embarqosu tətbiq edirdi.


Aysel
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar