Ru
11:39 / 16 Mart 2023

ABŞ təzyiqləri artırır - TikTok satılsın

ABŞ təzyiqləri artırır - TikTok satılsın
Eye

The Wall Street Journal-ın xəbərinə görə, ABŞ ByteDance-dən TikTou satmasını istəyir və şirkətə təzyiq edir.

Bakupost.az xəbər verir ki, son zamanlar məxfilik problemləri ilə gündəmə gələn Çin mərkəzli sosial media platforması TikTok istifadəçi sayını günü-gündən artırmağa davam edir.

ABŞ xüsusilə gənclər arasında çox yayılmış sosial media platforması TikTok üçün yenidən hərəkətə keçdi.

Bir neçə ay əvvəl ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) Çinlə bağlı məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən tətbiqin Android və iOS sistemlərindən silinməsini tələb etmişdi.

Qeyd edək ki, TikTok CEO-su tezliklə ABŞ Konqresində ifadə verəcək. Bayden administrasiyası TikTok-un ana şirkəti ByteDance-ə tətbiqi satmaq üçün təzyiq göstərdiyi də iddia olunub.

Bildirilir ki, bu tələb yerinə yetirilməsə, TikTok ABŞ-da qadağan oluna bilər.




Aygün
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar