Pentaqon ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
Bakupost.az Ukrayna KİV-ə istinadla xəbər verir ki, yardım paketinə aşağıdakı silahlar daxildir:
- Dörd HIMARS reaktiv yayılım atəş sistemi,
- 155 mm çaplı 16 haubitsa və 16 ədəd 105 mm-lik mərmi.
- 75 min ədəd 155 mm-lik artilleriya mərmisi,
- eyni çaplı 500 ədəd idarə olunan mərmi,
- 120 mm-lik minaatanlar üçün 300 min mina,
- atıcı silahlar üçün 200 min patron,
- 200 ədəd MaxxPro MRAP zirehli avtomobil,
- Claymore piyada əleyhinə minaları,
- 1000 ədəd minatəmizləmə üçün uzaqdan idarə olunan 155 mm-lik vasitə,
- maneələrin qurulması üçün avadanlıq.
ABŞ Prezidenti Co Bayden Zelenskiyə bildirib ki, ABŞ Rusiyanın Ukrayna ərazilərini ilhaqını “heç vaxt tanımayacaq”.
Bu cür hərbi yardıma cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ-ın Ukraynaya silah tədarükü Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma təhlükəsi yaradır.
Zaur
BakuPost