Ru
12:44 / 12 Aprel 2024

ABŞ və Yaponiya arasında əməkdaşlıq müqavilələri nələri əhatə edir?

1643
ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişida Çindən gələ biləcək təhlükə qarşısında hərbi əməkdaşlığı gücləndirmək qərarına gəliblər.


Bakupost.az xəbər verir ki, iki ölkə digər sahələrdə də əməkdaşlıq sazişləri imzalayıb. Kişidanın Vaşinqtona səfəri zamanı iki liderin açıqladığı planlar arasında hava hücumundan müdafiə məsələləri də yer alıb. Bayden həmçinin bildirib ki, bir yapon astronavt Amerika Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) Aya adam göndərməyi hədəfləyən Artemida proqramında da iştirak edəcək.


İki saata yaxın davam edən görüşdə iki lider əsasən Hind-Sakit okean regionunda hərbi məsələlər, həmçinin Ukrayna və Qəzzada davam edən hərbi münaqişələr də müzakirə edilib.
Bayden bildirib ki, razılaşmalar çərçivəsində ABŞ ordusu Yaponiya ilə birgə komandanlıq strukturu yaradacaq.

İki müttəfiq həmçinin Avstraliya ilə regionda birgə hava və raket əleyhinə müdafiə qurğularını inkişaf etdirəcək. Bundan başqa Böyük Britaniya ilə üçtərəfli hərbi təlimlərdə iştirak edəcək.

Kişida ABŞ və Yaponiyanın Çindən gələn təhdidlərə cavab verməyə davam edəcəklərini bildirib. O, həmçinin Çin ilə dialoqun davam etdirilməsinin və ümumi problemlər üzrə əməkdaşlığın vacibliyini təsdiqlədiklərini vurğulayıb.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər