Ru
13:38 / 06 Noyabr 2022

Abşeron rayonunda ağacəkmə aksiyası keçirildi

3447
“8 Noyabr – Zəfər Günü” münasibəti ilə Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib.

Bakupost.az xəbər verir ki, aksiya Xırdalan şəhəri də daxil olmaqla, rayonun bütün kənd və qəsəbələrində baş tutub.

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə və təşkilatlar, şəhid ailələri və qazilər, gənclər, könüllülər və rayon ictimaiyyəti fəal iştirak ediblər. Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkından başlanan aksiyada şəhid ailələri və qazilərlə birgə kənd və qəsəbələrdə müxtəlif növ ağac və gül kolları əkilib.

Məlumat üçün bildirək ki, aksiya çərçivəsində Abşeronun müxtəlif ərazilərində ümumi sayı 4400 ədəd olmaqla, əsasən də çinar, Eldar şamı, kiparis, sərv, evkalipt, zeytun və digər həmişəyaşıl ağacın əkilməsi həyata keçirilib. Yeni əkilmiş ağaclara üzvi gübrə verilmiş, suvarılmış və lazimi aqrotexniki qulluq göstərilib.

Bundan əlavə, rayonda ümumi iməclik həyata keçirilmiş, o cümlədən kənd və qəsəbələrdə olan Şəhid Xatirə Komplekslərinin ətrafında abadlıq işləri aparılmış, yaşıllıqlar salınaraq gül-çiçək əkilmişdir.

Məlumat üçün bildirək ki, ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində işlər bundan sonra da mütəmadi davam etdiriləcəkdir.


Abşeron rayonunda ağacəkmə aksiyası keçirildi
Abşeron rayonunda ağacəkmə aksiyası keçirildi
Abşeron rayonunda ağacəkmə aksiyası keçirildi
Abşeron rayonunda ağacəkmə aksiyası keçirildi
Abşeron rayonunda ağacəkmə aksiyası keçirildi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər