Ru
13:47 / 04 Aprel 2022

Abşeronda Beynəlxalq Uşaq Kitabı Günü qeyd edildi - FOTO

12734
Xırdalan şəhərində "2 aprel-Beynəlxalq Uşaq Kitabı günü" qeyd edilib. Abşeron rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova, RİH yanında İctimai Şuranın sədri Elçin Quliyev, Abşeron Mədəniyyət Mərkəzinin direktoru Kamran Musayev, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov, Mərkəzi Kitabxananın direktoru Məlahət Abdullayeva və Xırdalan şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin kollektivi və bağçaların fidanları iştirak edib.


Bakupost.az xəbər verir ki, iştirakçılar əvvəlcə Uşaq İncəsənət Məktəblərinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə və uşaq kitablarından ibarət kitab sərgisinə baxış keçiriblər.


Kitabxananın “Nağıl otağı”nda isə balaca fidanların ifasında bir-birindən maraqlı nağıl və şeirlər səsləndirilib.




Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov gələcəyimizin təminatçısı olan uşaqların vücudunu bəsləyəcək qidaları seçdiyimiz kimi, onların ağlını, ruhunu, qəlbini bacarıq və qabiliyyətini tərbiyə edəcək kitabların da seçilməsinin zəruriliyindən danışıb.


Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova çıxış edərək nağılların vətənpərvərliyin, ailə dəyərlərinin və dövlətçiliyin təbliğində mühüm yer tutduğunu qeyd edib. G.Rəhimova Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbə ilə bağlı nağılların yazılmasının vacibliyindən söz açaraq bildirib ki, gələcək nəsillərimizin tərbiyəsində vətənimizin təbliğinə xüsusi önəm verilməlidir.


Sonda uşaqlar üçün Azərbaycan nağıllarından ibarət cizgi filmləri nümayiş olunub.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər