Ru
12:58 / 01 Avqust 2024

Abutalıbov məhkəməyə verildi - Məsuliyyətə cəlb edilə bilər - VİDEO

Abutalıbov məhkəməyə verildi - Məsuliyyətə cəlb edilə bilər -  VİDEO
Eye

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovu məhkəməyə verməyə hazırlaşır.




Bununla bağlı Bakupost.az -a Əbdül Mahmudbəyov özü bildirib.

O, Hacıbala Abutalıbovun məhkəmə qətnamələrini icra etmədiyi üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını vurğulayıb:

“Hacıbala Abutalıbov əvvəl vəzifədə idi, bundan sui-istifadə edib məhkəmə qətnamələrini icra etmirdi. İndi vəzifədə deyil, ya mənim mənzilimi versin, ya da həbs edilsin. Mətbuat üçün böyük bir müraciət hazırlayıram, ardıyca isə vəkilim məhkəməyə müraciət edəcək”.

Qeyd edək ki, “Qış Parkı”nın tikintisi zamanə Əbdül Mahmudbəyovun evinə ziyan dəyib. Məhkəmənin qərarına əsasən, Hacıbala Abutalıbov evi təmir etdirməli və ya dəymiş ziyanı ödəməlidir.




Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar