Ru
12:32 / 30 İyul 2024

Ağadadaş “parkovşik”ləri döyürdü... - Mühafizəçi - VİDEO

Ağadadaş “parkovşik”ləri döyürdü... - Mühafizəçi -  VİDEO
Eye

“Ağadadaş Ağayev əvvəllər "MedEra" hospitalının yanında maşınını park edirdi. Özünün "parkovşikləri" var idi. Onları söymüşdü. Hətta döymüşdü də. O bizim təbəqəyə çox yuxarıdan aşağı baxır”.
Bakupost.az xəbər verir ki, bunu Musavat TV-nin canlı yayımında “Vətən” mühafizə xidmətinin əməkdaşı Nürəddin Cəlilov deyib.

O, Xalq artisti Ağadadaş Ağayevin onu aşağıladığını bildirib:

“Məni qışqıra-qışqıra çağırdı, dedi ki, qorxma, bura gəl. Mən də başa düşmədim ki, niyə qorxmalıyam? Davamızdan sonra mən evinə gedib onu çağırmamışam. O, boş-boş ifadələrlə xalqı aldatmaq istəyir. Mənə deyirdi ki, səni baltalayaram, mənə heç kim heç nə edə bilməz və bundan sonra heç yerdə işləyə bilməzsən. Davamız da elə bu sözlərdən sonra başladı. O, yerdə olanda mənə yenə də namus-qeyrət söyüşləri söyürdü və bir yandan da burnum sındığı üçün aqressiv idim. Ona görə onu yerdə də vurdum”.




Vasif
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar