Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı İnstaqram hesabında paylaşım edib.
Bakupost.az xəbər verir ki, paylaşımda "Ağdam, Qiyaslı məscidi - 18.07.2025" sözləri yer alıb.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.