Ru
15:12 / 18 Avqust 2021

Ağrıkəsicilər, burun spreyləri təzyiqi qaldırır - Yüksəldikdə nə etməli?

26874
Dünyada yüksək təzyiq problemi getdikcə artır. Demək olar ki, hər 3 nəfərdən birində buna rastlanılır. Həmçinin, bu xəstəlik özü ilə bərabərində bir sıra problemlərə də yol açır.

Bakupost.az təzyiqi artıran faktorları təqdim edir:

Həkimlər bildirirlər ki, bəzi dərmanlar təzyiqin yüksəlməsinə səbəb olur.



Bunlar arasında soyuqdəymədə istifadə olunanlar, bəzi ağrıkəsicilər, depressiya, iştahkəsici dərmanlar, burun spreyləri ola bilər.

Bəzi içdiyimiz bitkilər də təzyiqi qaldırır.

Bəzən qəhvənin də təzyiqi artırdığını deyirlər. Amma buna dair hansısa araşdırma yoxdur. Əgər qəhvə içdikdən sonra ürək döyüntüsü və ya gərginliyiniz varsa, uzaq durmalısınız.



Bəs təzyiqimiz birdən-birə yüksələrsə nə etməliyik?

Bu kimi hallarda təlaşlanmayın. Tez-tez təzyiqinizi ölçməyin. İstirahət edin və rahatlanmağa çalışın.

Əgər təzyiqiniz daima yüksəkdirsə, həkiminin məsləhət gördüyü tez təsiredən, dilaltı dərmanlardan faydalanın.

Təzyiqi nə zaman yoxlamaq doğrudur?

- Səhər oyandıqdan sonra dərhal yoxladıqda bir az yüksək göstərə bilər. 1-2 saat sonrakı yoxlanış daha düzgündür.



- İdrar kisəsi dolu və ya sidiyə getməkdə çətinlik çəkirsinizsə ölçmələr yüksək göstərə bilər. Rahat olduqdan, dincəldikdən sonrakı yoxlamalar daha düzgündür. Yarım saat istirahət etdikdən sonra təzyiqinizi ölçə bilərsiniz. Həyəcanlı, əsəbi olduğunuz anlarda yüksək olacağını unutmayın.

- Gündə 2 dəfə yoxlaya bilərsiniz: Səhər və axşam.

- Soyuq məkanlarda da təzyiqiniz yüksək ola bilər. Daima oturaq şəkildə yoxlayın, hərəkət etməyin.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər