Ru
17:55 / 27 Sentyabr 2024

Aİ ölkələri dünya müharibəsindən ehtiyat edir

1307
Aİ ölkələri Ukraynadakı münaqişə səbəbindən dünya müharibəsinin başlamasından qorxur, ona görə də Çin və Braziliyanın sülh planında maraqlıdır.

Bakupost.az xəbər verir ki, bu barədə Braziliyanın “O Globo” qəzeti Avropa hökumətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə bəzi ölkələrin, o cümlədən Aİ üzvlərinin rəsmiləri danışıblar. Nəşr vurğulayır ki, Aİ nümayəndələri “Çin-Braziliya təklifi ilə maraqlanırdılar”.

“Əsas odur ki, liderlik haqqında danışılmasın. Bu məsələdə iki müharibənin (Ukraynada və İsraillə Fələstinin HƏMAS hərəkatı arasında olan münaqişələr) dünya müharibəsinə çevrilməsinə imkan verməmək vacibdir”, – deyə qəzet onlardan sitat gətirib.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Çin və Braziliyanın Ukrayna ilə bağlı sülh planı dünyanın 110-dan çox ölkəsi tərəfindən dəstəklənir.

May ayında məsləhətləşmələrdən sonra Çinin xarici işlər naziri Vanq Yi və Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim altı bənddən ibarət birgə bəyanat dərc ediblər. Orada bildirilir ki, Ukrayna böhranının həlli üçün yeganə yol dialoq və danışıqlardır. ÇXR və Braziliya “bütün tərəflərin bərabər iştirakı və sülh planlarının müzakirəsi” ilə “uyğun zamanda” beynəlxalq sülh konfransı keçirməyi təklif ediblər. Sentyabrda Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Rusiya Çin-Braziliya sülh təşəbbüsünü alqışlayır.

Ukrayna isə bu planın əleyhinə çıxıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar