Ru
12:18 / 01 Aprel 2024

"Alimin küçədə ölməsinə imkan verməyin" - Şahbaz Xuduoğlu çağırış etdi - VİDEO

31914
“Professor Fazil Qaraoğluna yenə baş çəkdik, isti geyim apardıq. Qonşular çox sağ olsunlar, isti yeməyini, çayını əskik etmirlər”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial şəbəkədə bildirib.

O, F.Qaraoğlunun bir vaxt Türkiyədə erməni həqiqətləri ilə bağlı araşdırmalar etdiyini və həyatını təhlükəyə atdığını bildirib:

“Professor Fazil Qaraoğlu İsmayılov 14 il Ankarada Qazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. “Ermənilər və həqiqətlər sənədlərdə” mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr elətdirib. Bununla da başına bəla açıb. Ermənilər onu ölümlə hədələməyə başlayıblar. Türk dövləti tərəfindən xüsusi qorumaya alınıb. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdıb və 17 ildir ki, kirayələrdə yaşayır”.

Ş.Xuduoğlu professorun mənzillə təmin edilməsi üçün çağırış edib:

“F.Qaraoğlu artıq beş gecədir ki, Yasamal rayon İcra Hakimiyyətinin yaxınlığında küçədə gecələyir. İcra nümayəndəsi isə deyib ki, yer tap köç, kirayənin yarı haqqını biz ödəyərik. Mən bu müqəddəs Ramazan günlərində imkanlı şəxslərə səslənirəm, müqəddəs "Quran" kitabını iki dilə çevirən 77 yaşlı bir alimin küçədə ölməsinə imkan verməyin. Fazil bəy çox istiqanlı, elədiklərini gözə soxmayan, son dərəcə nəcib insandır. Amma bu nəcib insanı məhz elə bu gecə itirə bilərik. Ona mütləq ev verilməlidir, o, yaşamalıdır”, - deyə Xuduoğlu bildirib.


Naşir yardım etmək istəyənlər üçün kart hesabı da paylaşıb:

"4098584496454826"






Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər